Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

ABŞ-ın Cons Hopkins Universitetinin professor və tələbələri ADU-da

 

Yanvarın 18-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə  ABŞ-ın Cons Hopkins Universitetinin Paul Nitşe adına Ətraflı Beynəlxalq Tədqiqatlar Məktəbinin professoru və həmin fakültənin tərkibindəki Münaqişələrin İdarəedilməsi Proqramının direktoru Filip Terrens Hopman,  professor Vilyam Zartman və  universitetin 18 tələbəsi ilə görüş keçirildi.

Görüşdə Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatları Asim Mollazadə və  Sevinc Fətəliyeva  iştirak edirdilər.

Rektor Səməd Seyidov qonaqları salamlayaraq ADU və Amerika Mərkəzi haqqında onlara məlumat verdi. ABŞ universitetləri ilə əlaqələrdən danışan rektor hər il bir qrup  amerikalı tələbənin Azərbaycana gəldiyini  və ADU-da Azərbaycan dilini, tarixini, coğrafiyasını, adət-ənənələrini öyrəndiklərini bildirdi.  Səməd Seyidov universitetdə  Azərbaycanşünaslıq, Qafqazşünaslıq  və s. ixtisasların da olduğunu qeyd etdi. Rektor universitetdə  ingilis, alman, fransız dilləri ilə yanaşı,  Şərq dillərinin də  tədris olunduğunu, bir çox mərkəzlərin  fəaliyyət göstərdiyini vurğuladı. 

Azərbaycan-ABŞ əlaqələrinin parlament səviyyəsində inkişaf etdiyi də qonaqların diqqətinə çatdırıldı. Professor Səməd Seyidov bu əlaqələrin inkişaf istiqamətində ABŞ-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun rolundan danışdı.

Sonra çıxış edən Münaqişələrin İdarəedilməsi Proqramının direktoru Filip Terrens Hopman  ADU-da  olmaqdan məmnunluğunu dilə gətirdi. O, təmsil etdiyi universitetdə azərbaycanlı tələbələrin də təhsil aldığını qeyd etdi. Azərbaycana gələn  18 tələbənin  5 müxtəlif ölkədən olduğunu bildirdi.

Görüşdə həmçinin beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparıldı.

Görüş sual-cavabla başa çatdı.  

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov