Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

Təbrik edirik!

"Təhsil" jurnalına yeni baş redaktor təyin edilib

 

Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə Nizami Mirzə bu günlərdə "Təhsil" jurnalına baş redaktor təyin edilib.

Nizami Mirzə (Nizami Əlipaşa oğlu Mirzəyev) İsmayıllı rayonunun Xanagah kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib.

O, pedaqoji fəaliyyəti ilə yanaşı, 1970-ci illərdən dövri mətbuatda maraqlı bədii əsərlər, oçerklər, zarisovkalar və aktuallığı ilə seçilən publisistik məqalələrlə çıxış edir.

Geniş oxucu auditoriyası tərəfindən maraq və məhəbbətlə qarşılanan xeyli sayda bədii və publisistik kitabların müəllifidir.

2005-ci ildə dərc edilmiş "Ayrılığın üzü dönsün" kitabına görə Azərbaycan KİVİHİ-nin "Araz" ali ədəbi media mükafatına layiq görülüb.

2006-cı ildə "Araz" nəşriyyatı tərəfindən dərc edilmiş "Sarıca" povesti nəşriyyatın münsiflər heyətinin qərarı ilə "İlin ən yaxşı əsəri", "Qatil" kitabı isə "İlin ən yaxşı kitabı" adlarına layiq görülüb və müəllifə "Məmməd Araz" ali ədəbi media mükafatı təqdim edilib. Kitab eyni zamanda Azərbaycan KİVİHİ-nin Rəyasət Heyətinin qərarı ilə "Qızıl qələm" ali ədəbi media mükafatına layiq görülüb.

Nizami Mirzə Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvüdür. O, harada işləməsindən asılı olmayaraq işgüzarlığı ilə seçilib, peşəkarlığı, qayğıkeşliyi və səmimiliyi sayəsində kollektivin dərin hörmətini qazanıb.

O, "Azərbaycan müəllimi" qəzetində bölgə müxbiri və müxbir vəzifələrində işləyib. 2010-cu ilin may ayında isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbu orqanı olan "Təhsil" jurnalına baş redaktor müavini təyin olunub.

Biz də həmkarımıza bu məsuliyyətli və şərəfli işdə uğurlar arzulayırıq. 

"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov