Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

"Ankara məktəbi" məktəb-liseyin şagirdi AFFA tərəfindən mükafatlandırılıb

 

Yanvarın 23-də Bakıdakı "Ankara məktəbi" məktəb-liseyində təhsil ocağının XI sinif şagirdi, U-16 Liqasının 2011-2012-ci il mövsümünün bombardiri, "Bakı" klubunun 17 yaşadək futbolçulardan ibarət komandasının üzvü Valeh Seyidov AFFA tərəfindən mükafatlandırılıb.

Öncə iştirakçılara Valeh Seyidovla bağlı AFFA tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev bildirib ki, qurum tərəfindən vaxtaşırı belə tədbirlər təşkil olunur və müxtəlif liqalarda yüksək nəticə göstərən futbolçular mükafatlandırılır. Belə tədbirlərin futbolun kütləviliyinin artırılması, təbliğatının gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirən S.Hacıyev qeyd edib ki, futbolçuların təhsil aldıqları məktəblərdə mükafatlandırılması bütün şagirdlərin futbolla daha yaxından maraqlanmasına zəmin yaradır. Sərxan Hacıyev AFFA-nın hədiyyələrini 42 qolla 2011-2012-ci il mövsümünün bombardiri olmuş Valeh Seyidova təqdim edib və futbolçu kimi ona daha böyük uğurlar arzulayıb.

Tədbirdə çıxış edən "Ankara məktəbi" məktəb-liseyin şagirdi Valeh Seyidov göstərilən diqqətə görə hər bir şəxsə minnətdarlığını bildirib. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov