Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

Karatenin kiokshkay növü üzrə dünya ikincisi

 

Ötən ilin sonlarında vədələşdiyimiz kimi, Bakıdakı 104 nömrəli tam orta məktəbin direktor müavini Kamran Hüseynovla onun iş otağında görüşdük. Burada ucaboylu bir oğlan da var idi. Kamran müəllim həmin oğlanı bizə göstərərək dedi:

-Tanış olun, sizə haqqında söylədiyim, məktəbimizin fəxri, karate üzrə dünya  ikincisi olan Xanlar Vəlizadə bax, bu şagirdimizdir.

Onunla tanış olduq. Öyrəndik ki, Xanlar 1995-ci ildə Bakıda anadan olub. 2002-ci ildə paytaxtdakı 141 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olub. İkinci sinifdən sonra təhsilini Bakıdakı 104 nömrəli tam orta məktəbdə davam etdirib. Hazırda həmin məktəbin XI sinfində oxuyur.  Xanlar 2003-cü ildən "Kentavr" İdman Klubunda karatenin kiokshkay (mütləq həqiqət axtaranlar cəmiyyəti) idman növü ilə məşğul olur. Onun məşqçi-müəllimi 3-cü dan-qara kəmər ustası İlqar Hüseynovdur.

X.Vəlizadə bir il gərgin məşqlərdən sonra 2004-cü ildə Bakının Sabunçu rayonunda gənclər arasında keçirilən respublika çempionatında uğurla iştirak edərək II yerə  çıxıb. 2007 və 2011-ci illərdə Hövsanda keçirilən respublika çempionatlarında da II yerin qalibi olub. 2010-cu ildə isə Bakıda keçirilən  respublika çempionatında I yeri tutaraq Bakı çempionu olub. 2011-ci ildə Göyçay rayonunda gənclər arasında keçirilən respublika çempionatında  I yerin qalibi olub.

Xanların ən gərgin beynəlxalq yarışlarından biri 2012-ci ilin oktyabrında İranın Kiş adasında keçirilən  dünya çempionatı olub. 32 ölkənin iştirak etdiyi, 16-17 yaşlı, 65 kiloqram çəki dərəcəsində olan idmançılarla mübarizə aparan Xanların rəqibi beşqat dünya çempionu olub. Boyda və çəkidə də Xanlardan artıq olan, idman qanunlarına tamamilə zidd olaraq meydançaya buraxılan bu iranlı idmançıya cəmisi  bir xal fərqi ilə "uduzub". Dünya ikincisi adını qazanaraq gümüş medalın sahibi olub. Bütün bu haqsızlıqlara baxmayaraq, Xanlar qətiyyən ruhdan düşməyib. Hazırda o, məşqlərini inadla davam etdirir. Onun ən böyük arzusu 2013-cü ilin aprelində Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa çempionatında iştirak edib Avropa çempionu olmaqdır.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov