Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Fevral 2013 - №04

 

Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa gedən gənclərin sayı ildən-ilə artır

 

Dövlətimizin təhsil və gənclər siyasətində azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almağa göndərilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq olunmuş və artıq 6-cı ildir ki, icra edilməkdədir.

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan gənclərin sayı ildən-ilə artır. Əgər proqramın icrasına başlandığı 2007-2008-ci dərs ilində bu hüququ 66 nəfər gənc qazanmışdırsa, 2008-2009-cu dərs ilində belələrinin sayı 134, 2009-2010-cu dərs ilində 308, 2010-2011-ci dərs ilində 275, 2011-2012-ci dərs ilində isə 433 nəfər olub. Cari dərs ilində isə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almağa gedənlərin sayı əvvəlki illərə nisbətən xeyli artaraq 608 nəfər təşkil edib. Ümumiyyətlə, Dövlət Proqramının qəbulundan keçən 6 il ərzində 1824 nəfər azərbaycanlı gənc dövlət vəsaiti hesabına xaricdə təhsil almağa göndərilib. Onlar dünyanın 27 ölkəsinin ən nüfuzlu ali məktəblərində təhsil alıblar və ya almaqdadırlar.

Bu sahədə üstünlük Böyük Britaniyaya məxsusdur. İndiyədək 419 azərbaycanlı gənc məhz bu ölkənin ali məktəblərini seçmişdir. İkinci yeri Türkiyə (366 nəfər), üçüncü yeri isə Almaniya (355 nəfər) tutur. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov