Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Fevral 2013 - №04

 

Samux rayonunun Lək kəndində yeni məktəb binası istifadəyə verilib

 

Samux Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda bildirilir ki, rayonun Lək kəndindəki orta məktəb uzun illər uyğunlaşdırılmış binada fəaliyyət göstərmişdir.

Son illər həmin bina qəzalı vəziyyətə düşdüyündən keçən il kənddə müasir tələblərə cavab verən yeni, 220 şagird yerlik məktəb binasının tikintisinə başlanılmış və qısa vaxtda başa çatdırılmışdır.

Məktəb binasının açılış mərasimində çıxış edənlər bildirmişlər ki, Lək kənd orta məktəbi bu tədris ilində rayonda istifadəyə verilən 5-ci təhsil ocağıdır. İkimərtəbəli yeni məktəb binasında 11 sinif otağı, əlavə fənn kabinetləri, kitabxana, kimya və fizika laboratoriyaları, kompüter otağı və idman zalı ilə yanaşı, müasir istilik sistemi də yaradılmışdır.

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov