Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Fevral 2013 - №04

 

NDU yeni TEMPUS layihəsinə qoşulub

 

Müasir dövrdə turizmin imkanlarından maksimum istifadə etmək  və bu sahənin dayanıqlığını təmin edə bilmək üçün aparılan tədbirlər arasında bu sahə üzrə kadr təminatı mühüm yer tutur.

Turizm sahəsində bakalavr və magistr hazırlığı üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində Avropa universitetləri ilə aparılan təcrübə mübadiləsi Naxçıvan Dövlət Universitetində diqqət mərkəzində saxlanılır. Belə ki, universitetdə 2004-cü ildən turizm və otelçilik ixtisası üzrə ixtisaslı kadrlar hazırlanır.   Bu ildən isə universitet "Dayanıqlı turizmin idarə olunmasında  beynəlxalq səviyyəli bakalavr və magistr proqramları üzrə  yeni modulların inkişaf etdirilməsi" istiqamətində yeni TEMPUS layihəsinə qoşulmuşdur. Layihə Almaniyanın Jade Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə Azərbaycan universitetləri ilə yanaşı, digər Cənubi Qafqaz ölkələri, habelə Latviya və İrlandiya universitetlərinin əməkdaşlığı çərçivəsində həyata keçiriləcəkdir.

Üç il ərzində həyata keçiriləcək layihə çərçivəsində bu il yanvarın  21-25-də Jade Universitetində keçirilmiş başlanğıc konfransında Naxçıvan Dövlət Universitetini Beynəlxalq Turizm Akademiyasının üzvləri, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev və iqtisad üzrə fəlsəfə doktoru  Əli Cabbarov təmsil etmiş, Naxçıvan Muxtar Respublikasının turizm perspektivləri və universitetdəki turizm ixtisası üzrə kadr hazırlığı barəsində çıxışlar etmişlər. Konfransda qarşıdakı dövr ərzində layihədə nəzərdə tutulmuş işlər müzakirə edilmiş, yerinə yetiriləcək 12 modul üzrə birgə əməkdaşlıq imkanları və işçi qrupların vəzifələri müəyyənləşdirilmişdir.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov