Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Fevral 2013 - №04

 

Tələbələr və yaradıcı gənclər əsgərlərin qonağı oldular

 

Gənclər və İdman Nazirliyi tərəfindən orduda xidmət edən gənclərin asudə vaxtının təşkili, onların mənəvi-psixoloji və fiziki hazırlığının yüksəldilməsi məqsədi ilə hərbi hissələrdə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və yaradıcı gənclərinin iştirakı ilə mütəmadi olaraq görüşlər keçirilir.

Növbəti belə görüşlərdən biri də yanvarın 29-da bir qrup ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən, yaradıcı gənclərdən ibarət heyətin iştirakı ilə 2 fevral - Azərbaycan gəncləri günü münasibəti  ilə Goranboy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə  keçirildi.

Tədbirin keçirilməsində əsas məqsəd cəbhə bölgəsində xidmət edən gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək idi.

Görüş zamanı hərbi hissədə xidmət edən əsgər və zabit heyəti qarşısında yaradıcı və istedadlı tələbələrin iştirakı ilə konsert proqramı təşkil edilib, hərbi xidmətdə fərqlənən bir qrup gizir və əsgərə Gənclər və İdman Nazirliyinin diplom və xatirə hədiyyələri verilib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri E.Hüseynov, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini E.İsmayılov, "N" saylı hərbi hissənin komandiri Q.Abbasov, Goranboy Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Həsənov, habelə respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin bir qrup fəal tələbəsi də iştirak ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov