Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Fevral 2013 - №04

 

Tanınmış təhsil işçisi Zəhra Əliyevanın  anadan olmasının 85 illik yubileyi qeyd olundu

 

2013-cü il yanvarın 29-da Xalq Təhsili Muzeyində Azərbaycan Respublikası Təhsil Şurası, "Azərbaycan məktəbi" jurnalının redaksiyası və Xalq Təhsili Muzeyinin birgə təşkilatçılığı ilə tanınmış təhsil xadimi, alim, naşir, tərcüməçi Zəhra Cabbar qızı Əliyevanın anadan olmasının 85 illiyinə həsr edilmiş yığıncaq keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları, tanınmış pedaqoq alimlər, publisistlər, təhsil işçiləri, Z.Əliyevanın ailə üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan respublika Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Ə.Ağayev 60 ildən artıq pedaqoji sahədə çalışmış mahir pedaqoq, təhsilimizin inkişafında böyük xidmətləri olan prinsipial insan, ləyaqətlilik, sadəlik, təvazökarlıq mücəssəməsi Zəhra xanım Əliyevanın yüksək insani keyfiyyətlərindən danışaraq onun keçdiyi həyat yolu və fəaliyyəti barədə məlumat verib. "Azərbaycan  məktəbi" jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru N.Nəcəfov "Zəhra Əliyeva - təhsil xadimi, alim, naşir, jurnalist" mövzusunda geniş məruzə ilə çıxış edib.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri A.İbrahimov, Xalq Təhsili Muzeyinin direktoru L.Bayramova, respublikanın əməkdar müəllimləri A.Muradov, A.Təhmasib, Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri, pedaqoji elmlər doktoru, professor M.Həsənov, ADPU-nun pedaqoji fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor F.Rüstəmov, Bakı şəhər 177 nömrəli tam orta məktəbin direktoru H.Məmmədova və b. Zəhra Əliyeva ilə bağlı xatirələrindən söz açdılar.

Sonda çıxış edən Z.Əliyevanın qızı Sevda Zamanova tədbirin təşkilatçıları və iştirakçılarına ailə üzvləri adından təşəkkürünü bildirib.

Tədbirin sonunda qonaqlar Z.Əliyevanın Xalq Təhsili Muzeyində saxlanılan materialları, müəllifi olduğu dərslik, tədris vəsaitləri əsasında təşkil olunmuş sərgi ilə tanış olublar.

R.ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov