Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2013-cü ilin noyabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Mirəsədulla Mirələsgər oğlu Mirqasımovun anadan olmasının 130 illiyi tamam olur.

Mirəsədulla Mirqasımov Azərbaycanda müasir tibb elminin və ali tibb təhsilinin əsasını yaradanlardan biri olaraq özünün məktəbini formalaşdırmış, respublika Elmlər Akademiyasının prezidenti kimi elmin təşkili işinə dəyərli töhfələr vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ölkəmizdə elmin inkişafında və onun nailiyyətlərinin tanıdılmasında, eləcə də yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında mühüm xidmətləri olan akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə  

QƏRARA ALIRAM: 

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov