Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2013-cü ilin fevral ayında Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, xalq yazıçısı, istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlının anadan olmasının 100 illiyi tamam olur.

Ənvər Məmmədxanlı ədəbi prosesə həmişə təravət gətirən əsərləri ilə xalqımızın bədii-mədəni fikir xəzinəsinin zənginləşməsi naminə səmərəli fəaliyyət göstərmişdir. Onun yaradıcılığı ana dilimizə həssas yazıçı yanaşmasının parlaq nümunəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq milli ədəbiyyatımızın inkişafı sahəsində mühüm xidmətlər göstərmiş Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə  

QƏRARA ALIRAM: 

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov