Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Neapol Şərqşünaslıq Universitetinin nümayəndələri Bakı Dövlət Universitetində olub

 

Fevralın 7-də Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Neapol Şərqşünaslıq Universitetinin prorektoru Cuseppe Çataldini və həmin ali məktəbin professoru Mişel Bernardinini qəbul edib.

İtaliyanın elm və təhsil müəssisələri ilə əlaqələri inkişaf etdirməyə hazır olduqlarını qeyd edən rektor Abel Məhərrəmov qonaqlara BDU-nun yaradılması tarixi, inkişaf mərhələləri və beynəlxalq əlaqələri barədə məlumat verib.

Görüşün sonunda BDU və Neapol Şərqşünaslıq Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə birgə simpoziumların, seminarların və konfransların keçirilməsi, qarşılıqlı maraq doğuran layihələrdə və proqramlarda iştirak, tələbə və professor-müəllim heyətinin mübadiləsi və sair məsələlər öz əksini tapıb. 

Qonaqlar BDU-nun şərqşünaslıq və hüquq fakültələrində də görüşlər keçiriblər. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov