Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

DİA-da kursu bitirənlərə sertifikatlar təqdim olunub

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  rəhbər kadrların ixtisasının artırılması fakültəsində "Azərbaycan Respublikasında ailə, qadın və uşaq" istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu təşkil olunmuşdur.  Kursa dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon qurumlarının,  müvafiq nazirliklərin, komitələrin və idarələrin rəhbər işçiləri cəlb olunmuşlar.

Kursun əsas məqsədi Azərbaycan Respublikasında dövlət ailə, qadın və uşaq siyasəti, qadınların qərar qəbul etməkdə iştirakı, yaradıcı və istedadlı uşaqlara dövlət qayğısı, islamda ailə və nikah məsələlərinə yanaşma və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılmasından ibarət olmuşdur.

Kurs müddətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva, komitənin regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva və hüquqi təminat şöbəsinin müdiri Taliyyə İbrahimova, Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı, Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi İsmayıl Abdullayev, Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Gənclər və İdman Nazirliyinin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Bağırova, Təhsil Nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Telman Məmmədov, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin bölmə rəisi Tahir Aslanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Rəna Abdullayeva, Turizm İnstitutunun elmi işlər üzrə prorektoru Eldar Aslanov, ARDNŞ-ın "Nanotexnoloqiyalar" Departamentinin rəisi, professor Eldar Şahbazov müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.

Eyni zamanda  iştirakçılar üçün mədəni-maarifləndirici ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı dinləyicilər Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət etmişlər.

Sonra  kurs üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. DİA-nın rektoru, akademik Urxan Ələkbərov  kursu müvəffəqiyyətlə bitirdiklərinə görə dinləyicilərə sertifikatlar təqdim etmişdir. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov