Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Uşaqların əl işlərindən ibarət rəsm sərgisi

 

Fevralın 1-də Bakıdakı "Buggy Bug" Uşaq Tədris Əyləncə Mərkəzində 4-12 yaşlı uşaqların əl işlərindən ibarət rəsm sərgisi keçirildi. Sərgidə mərkəzin müəllimləri, dərnək rəhbərləri, dərnək üzvləri, valideynlər və digər şəxslər iştirak edirdilər. Öncə iştirakçılar dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.

Tədbirdə çıxış edən "Buggy Bug" Uşaq Tədris Əyləncə Mərkəzinin təsisçisi və direktoru Aysu Bayramzadə iştirakçıları salamlayaraq sərginin böyük əhəmiyyət kəsb etdiyini və dərnək üzvlərinin bacarıq və qabiliyyətlərinin aşkara çıxarılmasında mühüm rol oynadığını nəzərə çatdırdı. Mərkəzin qısa müddət ərzində fəaliyyətə başlamasına baxmayaraq yüksək nəticələr əldə olunduğunu nəzərə çatdıran A.Bayramzadə qeyd etdi ki, mərkəz öz işini xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı istiqamətində qurur.

Tədbirdə iştitak edən valideynlər mərkəzdə yaradılan şəraitdən məmnunluq hissi keçirdiklərini bildirdilər. Mərkəzin işini yüksək qiymətləndirən valideynlər belə sərgilərin keçirilməsinin faydalı olduğunu söylədilər və mərkəzə gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Sonda sərgidə fərqlənən dərnək üzvlərinə hədiyyələr verildi. Xatirə şəkli çəkildi.               

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov