Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Rusiya Federasiyası

Təhsildə "yol xəritəsi"

 

 2013-2014-cü illərdə Rusiyada müasir pedaqoji kadrların hazırlanması və yenidənhazırlanması proqramının işlənməsi planlaşdırılır. Proqramın pilot olaraq 2014-2015-ci illərdə tətbiqi nəzərdə tutulur. Bu və digər çoxlu tədbirlər təhsilin və elmin səmərəliliyinin yüksəldilməsinə yönəlmiş dəyişikliklərin Rusiya Federasiyası hökumətinin sərəncamı ilə təsdiq olunmuş "yol xəritəsi"nə daxil edilib.

"Yol xəritəsi" Rusiya Federasiyasında 2013-2020-ci illərdə "Təhsilin İnkişafı" Dövlət Proqramının əsas istiqamətləri nəzərə alınmaqla hazırlanıb.

Belə ki, məktəbəqədər təhsil sahəsində tədbirlər, ilk növbədə, uşaq bağçalarında növbəliliyin aradan qaldırılmasına yönəlib. Bunun üçün məktəbəqədər təhsil müəssisələrində yeni yerlərin yaradılması, məktəbəqədər təhsilin inkişafı, eləcə də onların variativ formalarının dəstəklənməsi üzrə regional proqramların maliyyələşdirilməsi üçün RF subyektlərinə subsidiyaların ayrılması planlaşdırılır. Bundan əlavə, planda məktəbəqədər təhsilin federal dövlət standartlarının işlənib hazırlanması, tətbiqi, pedaqoqların ixtisasının artırılması və yenidən hazırlanması nəzərdə tutulur.

Ümumi təhsil sahəsində tədbirlərin planına yeni federal dövlət təhsil standartlarının tətbiqi, məktəblilərin hazırlıq və sosiallaşma səviyyəsinin monitorinqi sisteminin formalaşdırılması, Rusiyada və beynəlxalq aləmdə aparılan tədqiqatlar nəzərə alınmaqla əsas təhsil proqramlarının korrektəsi üzrə metodik tövsiyələrin işlənib hazırlanması, ümumi təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin tətbiqi, mürəkkəb sosial şəraitlərdə işləyən məktəblərin dəstəklənməsi regional proqramların reallaşdırılması daxildir.

İlk peşə-ixtisas və orta ixtisas təhsili sistemində regional modernləşdirmə proqramlarının həyata keçirilməsi, çoxfunksiyalı tətbiqi ixtisas mərkəzləri şəbəkəsinin yaradılması, xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi sisteminin tətbiqi, dövlət tapşırıqlarının bölüşdürülməsinin yeni prinsiplərinin formalaşdırılması planlaşdırılır.

Ali təhsilə gəldikdə isə "yol xəritəsi" hər il təhsil müəssisələrinin səmərəliliyinin monitorinqinin keçirilməsini, ali məktəblərin və onların filiallarının birləşdirilməsi də daxil olmaqla dövlət təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılmasını, təhsil proqramlarının lisenziyalaşdırılması və akkreditasiyası sisteminin modernləşdirilməsini, tətbiqi bakalavriatın həyata keçirilməsini, elmi-tədqiqat işlərində fəal iştirak edən ali məktəblərin bazasında yeni aspirantura modelinin yaradılmasını, aparıcı universitetlərin dəstəklənməsini nəzərdə tutur. 

Uçitelskaya qazeta"dan hazırladı: Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov