Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Uşaq bağçasında "Səyyar kitabxana"aksiyası keçirilib

 

Fevralın 6-da Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) uşaq şöbəsi tərəfindən 177 nömrəli uşaq bağçasında "Səyyar kitabxana" aksiyası keçirilmişdir.

Kitabxanadan AzərTAc-a bildirmişlər ki, aksiyada MKS-in uşaq kitab fondundan müxtəlif mövzularda nəşrlər nümayiş etdirilmiş, uşaqlar üçün maraqlı nağıllar seçilərək ucadan oxunmuşdur. "Cəsur qarışqa", "Qoca şir", "Ayı balası" nağılları, rəngarəng şəkilli kitablar uşaqların marağına səbəb olmuşdur.

Aksiyanın məqsədi kitabxananın fəaliyyətinin yaxşılaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi və buraya yeni oxucuların cəlb edilməsidir.

"Səyyar kitabxana" aksiyasının davamlı olaraq Binəqədi rayonunun digər uşaq bağçalarında da keçirilməsi nəzərdə tutulmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov