Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Gənc cüdoçunun uğurları

 

 Qurbanlı Ayşə Ələddin qızı 1993-cü ildə Bakıda müəllim ailəsində anadan olub. Uşaqlıqdan idmana böyük həvəsi olan Ayşə valideynlərinin dəstəyi ilə 2005-ci ildə  idmanın cüdo bölməsinə yazılıb.  Təcrübəli  müəllimlərindən cüdo idman növünün sirlərini öyrənən Ayşə  2006-cı ildə  ilk uğuruna imza atıb.

Belə ki, A.Qurbanova "Bakı open" Bakı çempionatında rəqiblərinə qalib gələrək I yerə çıxıb. 2007-ci ildə isə yeniyetmələr arasında   Azərbaycan çempionu olub.  Həmin ildə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunmuş ölkədaxili turnirdə II yeri tutub. 2008 və 2009-cu illərdə  Ayşə böyüklər  arasında keçirilən Azərbaycan çempionatlarında əsas mükafata sahib çıxıb. O,  milli yığma komandanın üzvüdür.  2009-cu ildə Türkiyənin  Antalya şəhərində keçirilən Avropa kuboku yarışlarında III,  dünya çempionatında isə  V yerləri tutub. Ayşə Qurbanova hazırda dünya və Avropa çempionatlarına  ciddi hazırlaşır. Ona çətin və şərəfli yarışlarda uğurlar arzulayırıq.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov