Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycan Diplomatik Akademiyasında olub

 

Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç və xanımı Dragitsa Nikoliç fevralın 8-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşlar.

Akademiyanın rektoru, professor Hafiz Paşayev Serbiya Prezidentini və xanımını salamlamış, ölkələrimiz arasındakı əlaqələrin perspektivlərindən danışmışdır. Bildirilmişdir ki, yaxın vaxtlarda hər iki ölkənin diplomatik akademiyaları arasında tələbə və müəllim mübadiləsi aparılacaqdır. Qeyd edilmişdir ki, ADA-da Serbiyanın məşhur yazıçısı və diplomatı İvo Andriçə həsr edilmiş "İvo Andriç - yazıçı, yoxsa diplomat" adlı sərgi xalqlarımız arasında humanitar münasibətlərin daha da dərinləşməsinə təkan verəcəkdir.

Serbiyanın Prezidenti Tomislav Nikoliç çıxışında dünya şöhrətli yazıçı İvo Andriçə həsr edilən sərginin təşkilinə görə minnətdarlığını bildirmişdir. Serbiya dövlətinin başçısı vurğulamışdır ki, İvo Andriç ölkəsinin tarixi ilə bağlı insan talelərini və problemlərini bütün dolğunluğu ilə açmağa imkan verən epik istedadının gücünə görə Nobel mükafatına layiq görülmüşdür.

Prezident Tomislav Nikoliç İvo Andriçin ictimai xadim kimi də böyük nüfuz qazandığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, İvo Andriç "Durna körpüsü", "Travnitska", "Yeni tarixçələr" kimi əsərləri ilə ədəbiyyat aləminə öz töhfəsini vermişdir. Avropanın 40-dan çox ölkəsində onunla bağlı sərgilər keçirilmişdir. 2013-cü ildə isə İvo Andriçə həsr edilmiş ilk sərgi Azərbaycanda təşkil olunmuşdur. 

Tədbirdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak etmişlər.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov