Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

Naxçıvan Özəl Universiteti ilə daha üç ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqavilələri imzalandı

 

Bu günlərdə Naxçıvan Özəl Universitetinin bir qrup əməkdaşı Azərbaycan Turizm İnstitutunda, Xəzər və Qafqaz universitetlərində olmuş, hər üç ali təhsil ocağı ilə əməkdaşlıq müqaviləsi imzalamışlar. Müqavilələr universitetlərarası əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir.

Universitetlər arasında bağlanan əməkdaşlıq müqavilələrində  tələbə mübadiləsi proqramının həyata keçirilməsi, uyğun ixtisaslarda mütəxəssislərin  mübadiləsi, eləcə də müxtəlif aspektli birgə simpoziumların, konfransların, treninqlərin, kursların   təşkili və digər məsələlər öz əksini tapmışdır.

Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev hər üç ali təhsil ocağının rektoru ilə keçirilən görüşlərdə keyfiyyətin idarə edilməsi, 1+4 sisteminin  tətbiqi məsələlərinə toxunmuşdur. Rektor çıxışında vurğulamışdır ki, ikili və ya ortaq diplom layihələrinin həyata keçirilməsi sahəsində işlərin daha da dəqiqləşdirilməsi və intensivləşdirilməsi qarşıda duran vacib məsələlərdən biridir. Bağlanan əməkdaşlıq müqavilələrinin uğurla həyata keçirilməsi onu deməyə əsas verir ki, hər üç ali təhsil ocağı arasında daha geniş  əməkdaşlıq əlaqələri yaradılacaqdır.  

Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov