Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

Qafqaz Universitetində Sumqayıt məktəbliləri ilə görüş

 

Qafqaz Universitetində Sumqayıt şəhərindən respublika fənn olimpiadalarında  iştirak etmək üçün seçilmiş məktəblilərlə görüş keçirilib. Görüşdə öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Tədbirdə çıxış edən universitetin rektoru Ahmet Saniç bildirib ki, rəhbəri olduğu ali təhsil müəssisəsi Azərbaycan universitetləri arasında özünəməxsus yer tutur. Burada tələbələrə dünya standartlarına uyğun təhsil verilir. Məhz bu səbəbdən ən yüksək bal toplayan tələbələr öz seçimlərini Qafqaz Universiteti üzərində saxlayırlar. Tədbirin bu ali məktəbdə Sumqayıt məktəbliləri ilə təşkil olunmuş sayca onuncu görüş olduğunu deyən rektor şagirdlərə təhsillərində uğurlar arzulayıb.

Görüşdə söz alan Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Mahal Əliyev olimpiada haqqında məlumat verib. Bildirib ki, şəhər üzrə keçirilmiş bilik yarışmasında 15 mindən artıq məktəbli iştirak edib. Ötən il Sumqayıt şəhərindən respublika fənn olimpiadalarında iştirak etmək üçün seçilmiş 29 şagirddən 18-i yüksək nailiyyətlər qazanaraq müxtəlif dərəcəli diplomlar alıb. Bu il isə həmin olimpiadalarda Sumqayıtı 31 şagird təmsil edəcək. Onların da uğurlar qazanacağına əminlik ifadə olunub. Təhsil şöbəsinin müdiri Qafqaz Universitetinin fəaliyyətinə də toxunub. "Qafqaz Universiteti bu zamana qədər 6 beynəlxalq layihədə uğurla iştirak edib. Sonuncu belə layihə Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində reallaşıb. İnanıram ki, hər il olduğu kimi bu il də Sumqayıt məktəbliləri təhsillərini davam etdirmək üçün Qafqaz Universitetinə üstünlük verəcəklər", - deyə o vurğulayıb.

Tədbirin sonunda olimpiadada ilk üç yeri qazanmış şagirdlərə müxtəlif mükafatlar və hədiyyələr təqdim edilib.    

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov