Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

Azərbaycan məktəbliləri "Bebras" İnformatika üzrə beynəlxalq onlayn müsabiqədə iştirak edəcəklər

 

Bu il Azərbaycan məktəbliləri "Bebras" (Qunduz) İnformatika üzrə beynəlxalq onlayn müsabiqədə iştirak edəcəklər.  "Bebras" müsabiqəsi ideyası Litvada professor Valentina Decien tərəfindən beynəlxalq təşəbbüs kimi irəli sürülüb və ilk müsabiqə 2004-cü ildə Litvada keçirilib.

Hazırda "Bebras" müsabiqəsində 21 üzv ölkə (Avstriya, Kanada, Estoniya, Fransa, Macarıstan, Yaponiya, Litva, Polşa, Sloveniya, İsveçrə, Ukrayna, Bolqarıstan, Çex Respublikası, Finlandiya, Almaniya, İtaliya, Latviya, Niderland, Slovakiya, İsveç, Tayvan) iştirak edir. İsrail, Rusiya, Kipr Respublikası, ABŞ, Böyük Britaniya, İspaniya kimi dövlətlərdə də müsabiqənin keçirilməsi nəzərdə tutulur. Azərbaycan adıçəkilən müsabiqəyə 2013-cü ildə qəbul olunub.

"Bebras" müsabiqəsinin fəaliyyəti Bebras üzrə Beynəlxalq Komitə tərəfindən koordinasiya edilir. "Bebras" müsabiqəsinin keçirilməsində əsas məqsəd informasiya və kommunikasiya texnologiyaları sahəsinə marağın artırılması, eləcə də informatika fənninin bütün məktəblilər üçün əsas elm sahəsinə çevrilməsinə xidmət etməkdən ibarətdir. Müsabiqə uşaqlarda ibtidai sinifdən kompüter biliklərinə yiyələnməyə, İKT-nin tətbiqinə köməklik göstərməyə, tədris prosesində uşaqlara müasir texnologiyalardan intensiv və yaradıcı istifadə etməyə yönəlib.

"Bebras" müsabiqəsinin əsas prinsipləri bütün dünyada məşhur olan "Kangaroo" riyaziyyat yarışmasından götürülüb. "Bebras"ın "Kangaroo"dan fərqi ondadır ki, "Bebras" tam kompüterləşmiş və İnternet vasitəsilə onlayn rejimdə keçirilən bir müsabiqədir.

Müsabiqə İnternetə çıxışı olan məktəblərin kompüter siniflərinin bazasında və ya uşaqlarda  İnternetə çıxışı olan şəxsi kompüter olduğu halda keçirilir. Məktəb təşkilatçıları ilə əlaqə sayt və ya elektron ünvan vasitəsilə aparılır. Nəticələr hər yaş qrupu üzrə ayrıca aparılır. Müsabiqədə ümumi təhsil və peşə təhsili müəssisələrinin şagirdləri iştirak edə bilər. İştirakçılar 3-4, 5-6, 7-8 və 9-10-cu siniflər üzrə bölünür.

Yarışdan sonra hər bir iştirakçı şəxsi qeydiyyat vəsiqəsi ilə müsabiqənin saytına daxil olaraq nəticələrlə tanış ola bilər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılır. Daha çox iştirakçı cəlb etmiş məktəblər, fəal məktəb təşkilatçıları fəxri fərman və hədiyyələrlə təltif olunur. Müsabiqənin finalı noyabr ayında baş tutacaq.  

Lamiyə ƏLİYEVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov