Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

Yeniyetmə şahmatçının daha bir uğuru

 

Ölkəmizdə idmanın inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi siyasət böyük uğurların əldə edilməsinə səbəb olub. Bildiyimiz kimi, bu gün respublikamızda böyük idmançı nəsli yetişir və bu yeni  nəsil gələcəkdə Azərbaycanı dünyanın beynəlxalq arenalarında uğurla təmsil edəcək. Bu idmançılardan biri də Bakı şəhəri üzrə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat - Dama Məktəbinin yetirməsi Məğrurə Məhəmməd qızı İmanlıdır. O, idmanın şahmat növü ilə məşğul olur.

1998-ci ildə Bakıda ziyalı ailəsində anadan olan Məğrurə Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 307 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. 15 yaşlı Məğrurə şahmat oynamağa 4-5 yaşlarından başlayıb. Sonralar valideynləri bu idman növünə həvəsini görüb onu şahmat məktəbinə qoyurlar. O, burada təcrübəli müəllim, beynəlxalq qrossmeyster Fərid Abbasovdan şahmatın sirlərini öyrənməyə başlayır.

M.İmanlı dəfələrlə Bakı və respublika birinciyində, 16 yaşadək yeniyetmələrin Respublika şahmat olimpiadasında və beynəlxalq turnirlərdə mükafata layiq yerləri tutmuşdur. Məğrurə öz yaş qrupunda Avropa və dünya çempionatlarında uğurla çıxış etmişdir. Bu il 31 yanvar-10 fevral tarixlərində Moskvada 20 ölkənin 1600 idmançısının iştirakı ilə keçirilən "Moskva open" beynəlxalq festivalında II yerə çıxmış və Yunanıstanda keçirilən məktəblilərin dünya çempionatına vəsiqə qazanmışdır. O, 1-10 mart tarixlərində İran İslam Respublikasının Rəşt şəhərində keçiriləcək beynəlxalq turnirlərdə iştirak edəcək. İnanırıq ki, gənc şahmatçı qarşıdakı mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edərək üçrəngli dövlət bayrağımızı zirvələrə qaldıracaq. Bu şərəfli və çətin yolda istedadlı şahmatçıya uğurlar arzulayırıq. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov