Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

Hörmətli riyaziyyat müəllimləri, repetitorlar, IX-XI sinif şagirdləri və abituriyentlər!

 

Torpağı qorumasan əkməyə dəyməz,

Kitabı oxumasan almağa dəyməz... 

Akademik Zərifə Əliyeva adına liseyin riyaziyyat müəllimi Ələddin Məmmədlinin "Abituriyentlər üçün riyaziyyat: II hissə - HƏNDƏSƏ" (planimetriya və stereometriya cəmi 240 səhifədə) adlı kitabı çapdan çıxmışdur. Vəsait Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının riyaziyyat proqramı əsasında abituriyentlərin və repetitorların məqsədlərinə uyğun şəkildə yazılmışdır.  

Bu kitab 2012-ci ilin may ayında çapdan çıxmış "Abituriyentlər üçün riyaziyyat:  I hissə - CƏBR" adlı vəsaitin davamıdır. Məzmununa planimetriya və stereometriya daxil olan vəsait 10 fəsildən və 28 paraqrafdan ibarətdir. Vəsaitin  hər  paraqrafına  aid  zəruri nəzəri biliklər sistemli şəkildə, yığcam və sadə dillə şərh olunmuşdur. Nəzəri biliklərin tətbiqini əks etdirən məsələ həlli nümunələri  bilik və bacarıqların formalaşdırılması və möhkəmləndirilməsi məqsədi daşıyır.

Vəsait müəllifin öz oxucuları ilə "canlı söhbəti" ruhunda yazılmışdır. Bu vəsaitdən istifadə etməklə həndəsə kursunu indiki qəbul imtahanları səviyyəsində 28 dərsə (1 dərs =1,5-2 saat olmaqla) öyrənmək olar. Əlbəttə, bu fikir elementar bazaya malik abituriyentlərə aiddir. Hər  bir dərsdən sonra  abituriyentlər  müstəqil şəkildə çoxlu testlər həll etməlidir.

Təcrübə göstərir ki, riyaziyyatın dərk edilməsində müəllim əməyinin rolu böyükdür. Lakin unutmaq olmaz ki, ən yaxşı müəllim, həm də kitabdır. Elə bir kitab ki, müəllim faktoru olmadan da ondan istədiyini öyrənə bilərsən. İki hissəli abituriyentlər üçün  riyaziyyat  kitabları məhz  bu  niyyətlə yazılmışdır. 

Kitabı əldə etmək istəyənlər üçün əlaqə telefonu: (070) 240-13-50

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov