Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və
dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o
cümlədən xalqımızın müstəqillik arzusunun həyata
keçməsində, milli dövlətçilik ideyasının
gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin
yaradılmasında müstəsna rolunu böyüməkdə olan nəslə daha
dolğun çatdırmaq məqsədilə
ƏMR EDİRƏM:
1. Ümumtəhsil və ilk peşə-ixtisas təhsili
müəssisələrinin şagirdləri arasında ümummilli lider
Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr
olunan "Heydər Əliyev və müstəqil Azərbaycan"
mövzusunda respublika rəsm müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin
tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Bakı
Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi,
rayon, şəhər təhsil şöbələrinin müdirləri, ilk
peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri və
nazirliyin birbaşa tabeliyində olan təhsil
müəssisələrinin rəhbərləri müsabiqənin yerlərdə
keçirilməsini təşkil etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi
(A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili və
keçirilməsini təmin etsin.
5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə
bağlı xərclərin ödənilməsi T.İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2013-cü ilə təsdiq
olunmuş xərclər smetasının müvafiq xərc maddələrində
nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada
həyata keçirilsin.
6. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Tərbiyə və
məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov)
müsabiqənin respublika mərhələsinin qaliblərinin əl
işlərinin kataloqunun nəşri ilə bağlı zəruri tədbirləri
həyata keçirsinlər.
7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin Respublika
mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi
məqsədilə T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının 2013-cü ilə təsdiq olunmuş xərclər smetasında
müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və
əsasnamə ilə birlikdə nazirliyin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
9. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb
yerlərə göndərilməsini təmin etsin.
10. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 fevral 2013-cü il |