Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

Moskvada azərbaycanlı əlaçı tələbələrin qurultayı

 

Azərbaycan Mədəniyyətinin İnkişaf və Dirçəliş Fondunun (AMİDF) təşkilatçılığı ilə Moskvanın nüfuzlu ali təhsil müəssisələrindən olan Rusiya Xalqlar Dostluğu Universitetində (RXDU) azərbaycanlı əlaçı tələbələrin qurultayı keçirilmişdir.

AzərTAc xəbər verir ki, qurultayda AMİDF-nin təqaüdünə iddiaçı olan 40-dək tələbə iştirak etmişdir. Tədbiri RXDU-nun Azərbaycan Həmyerlilər Birliyinin prezidenti Binnət Binnətov açmışdır. Moskvanın müxtəlif ali təhsil müəssisələri tələbələrini maraqlandıran suallar cavablandırılmış, onlara fondun təqaüdünü almaq qaydaları izah edilmişdir.

Fondun direktoru Şamil Tağıyev azərbaycanlı əlaçı tələbələrə gələcəkdə uğurlar arzulamış, bütün iştirakçılara təşəkkürnamə və fəxri fərmanlar təqdim etmişdir.  Hazırda Moskvada on minlərlə azərbaycanlı gənc təhsil alır. Biliklərə yiyələnməyə səy göstərən tələbələri dəstəkləmək olduqca vacibdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov