Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

Azərbaycan Dillər Universitetinin tələbələri Milan Tərcüməçilik İnstitutunda

 

Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin italyan dili ixtisasının III kursunda təhsil alan iki tələbəsi - Nailə Məmmədova və Abbas Nəcəfov hazırda Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində Milan Tərcüməçilik İnstitutunda təcrübə keçirlər. Onlar indiyədək əldə etdikləri nəzəri bilikləri tətbiq etmək üçün universitet tərəfindən İtaliyaya göndəriliblər. Tələbələr bu ilin fevral ayından may ayınadək Milan Tərcüməçilik İnstitutunda tərcümə sahəsində təcrübə toplayıb, tərcümənin dərinliklərini, metodikasını, yeni üsullarını mənimsəyəcəklər.

Tələbələr artıq Milan Tərcüməçilik İnstitutunda ilk dərslərini izləyiblər. Azərbaycanlı tələbələr haqqında İtaliyanın Milan Tərcüməçilik İnstitutunun rəsmi İnternet saytlarında da məlumatlar yerləşdirilib.

Xatırladaq ki, Milan Tərcüməçilik İnstitutu tərcümə sahəsində peşəkar mütəxəssislər hazırlayan qabaqcıl təhsil müəssisəsidir. ADU ilə sözügedən institut Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində həyata keçirilən bir sıra layihələrdə tərəfdaş olublar. 

ADU-nun Mətbuat xidməti 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov