Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Rumıniyanın Azərbaycandakı səfiri Dövlət İdarəçilik Akademiyasında

 

Fevralın 21-də Rumıniya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası kollektivinin görüşü keçirildi.

Tədbiri giriş sözü ilə açan rektor, akademik Urxan Ələkbərov diplomatlarla görüşlərin keçirilməsinin əhəmiyyətini vurğuladı. Azərbaycan-Rumıniya ikitərəfli münasibətlərinin strateji xarakterli olması haqqında danışan rektor, Rumıniya dövləti və xalqı ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsini, DİA kollektivinin bu ölkə haqqında dolğun məlumat əldə etməsinin əhəmiyyətli olduğunu bildirdi.

Rektor insanlığa qarşı ən dəhşətli cinayət hesab olunan Xocalı soyqırımının 21-ci ildönümünün qeyd ediləcəyini xatırladaraq, bu yaxınlarda Rumıniya parlamenti tərəfindən "Dağlıq Qarabağ münaqişəsi" adlı siyasi sənədin qəbul edilməsini ədalətə verilən dəstək kimi səciyyələndirdi.   Sonra səfir ikitərəfli münasibətlər haqqında geniş təqdimatla çıxış etdi. Çıxışında Rumıniya və Azərbaycan arasında mövcud əlaqələri şərh edən səfir, iki ölkə arasındakı dostluq münasibətlərinin gücləndirilməsinin vacibliyini vurğuladı. O bildirdi ki, bu gün ortaq dəyərlərə, maraqlara sahib ölkələrimizin dostluq əlaqələrinin daha da güclənməsi çox vacibdir. Bu əlaqələrin inkişafında gənclərin də xüsusi rolu olmalıdır. Səfir tələbə-müəllim mübadiləsində təhsil proqramlarının daha da genişlənməsinin əhəmiyyətli olduğunu qeyd etdi, qurulmuş əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğuladı. Çıxışdan sonra görüş müzakirələr və sual-cavab formatında davam etdi.

Görüşün sonunda rektor Dövlət İdarəçilik Akademiyası ilə Rumıniya səfirliyi arasında gələcək əməkdaşlıq fəaliyyətinin davam etdiriləcəyini bildirdi.

Tədbirin sonunda səfirə xatirə hədiyyəsi təqdim edildi.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov