Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Bəşər tarixində görünməmiş faciə

 

Naxçıvan Dövlət Universitetində Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş müxtəlif səpgili silsilə tədbirlər - fakültə konfransları, kitab və rəsm sərgiləri, İnternet aksiyası ümumuniversitet  konfransı ilə yekunlaşdı. Konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırımı Ermənistanın XX əsr boyu Azərbaycana qarşı yürütdüyü soyqırımı və deportasiya siyasətinin məntiqi davamı, ən müdhiş, tarixdə analoqu olmayan faciə olduğunu vurğuladı. Xocalı soyqırımının Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Çexiya, ABŞ-ın bir neçə ştatı tərəfindən rəsmi şəkildə tanınması, bir çox dövlətlərin parlamentlərində müzakirə mövzusu olması, Xocalı qətliamının tanınması məqsədilə Ağ evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiyaya səsvermə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində atılan addımlardır. Vurğulandı ki, bugünkü ziyalı gənclik Vətənə, torpağa, azərbaycançılıq ideologiyasına sədaqətlə fəaliyyət göstərməli, mənfur düşmənlərimizin törətdikləri faciələri unutmamalıdır. Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov "Xocalı soyqırımı zəmanəmizin ən dəhşətli faciəsidir" adlı məruzəsində faciənin köklü səbəbləri, siyasi məqsədi və günahkarları, Azərbaycan dövlətinin bu soyqırımının tanıdılması məqsədi ilə gördüyü işlərdən danışdı.

Konfransda incəsənət fakültəsinin aktyorluq ixtisası üzrə tələbələri Çinarə Feyzullayeva və Şölə Novruzbəyli Xocalı faciəsindən bəhs edən şeirlər bədii qiraət etdilər, slayd və tarixi videokadrlar nümayiş etdirildi. 

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov