Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Şagirdlər şəhidlərin ruhu qarşısında and içiblər

 

Fevralın 26-da Bakıdakı 170 nömrəli tam orta  məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini  Ofelya Mehdiyevanın rəhbərliyi, müəllimlərdən Tamam Əzimova, Lətafət Məmmədova və uşaq birliyinin rəhbəri Nailə Vəliyevanın təşkilatçılığı ilə  Xocalı soyqırımının anım  günü keçirilib.

Məktəbin direktoru  Nuranə Mirzəyeva çıxış edərək o  müdhiş gecədən 21 il keçdiyini  qeyd edib və  soyqırımı nəticəsində   Xocalı sakinlərinin başına gətirilən erməni vəhşiliklərindən  danışıb.

Tədbirdə Xocalı  soyqırımını  əks etdirən videoçarx göstərilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Şagirdlər Xocalı şəhidlərinə və  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş  şeirlər söyləyib və şəhidlərin ruhu qarşısında and içiblər. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov