Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

O gecənin dəhşətləri

 

Xocalı faciəsinin  21-ci ildönümünü  Bakıdakı  A.Xəlilov adına  263 nömrəli tam orta məktəbin  müəllim və şagird kollektivi də  təsirli mərasimlə qeyd etdi. Mərasimin aparıcısı  şagird  Fidan Hüseynzadə  faciənin dəhşətlərini faktların dili ilə  iştirakçılara elə təsirli şəkildə çatdırdı ki, hər kəsin gözləri önündə  1992-ci il fevralın  25-dən 26-na keçən gecənin mənzərəsi canlandı. Mərasim iştirakçıları həm də  səhnədəki böyük monitor vasitəsi ilə  o dəhşətli günün videogörüntülərini izlədilər. Məktəbin IV sinif şagirdləri  Fidan və Nərminin ifasında  şair Əhməd Cəmilin "Can nənə, bir nağıl de" şeirinin motivləri əsasında hazırlanmış  səhnəcik təqdim olundu. Aysel, Aytac, Adil, Fatimə, Ləman və Dünyanın  ifa etdikləri  səhnəciklər də  iştrakçılarda   kövrək  hisslər yaratdı. Tunarın tarda, Məleykənin  kamançada ifa etdikləri  həzin musiqi parçaları isə tədbirin ən təsirli anları kimi yadda qaldı. Dördüncülərdən Nicat,  Ruslan, Fuad, Kənan və başqalarının əsgər geyimində səhnədə görünməsi sanki çiyinlərdən ağır yük götürdü.  Qəlbi Vətən məhəbbəti, Azərbaycan sevgisi ilə döyünən balaca fidanlar   torpaqlarımızı düşməndən azad edəcəklərinə and içdilər. Hiss  olundu ki, tədbiri hazırlayan ibtidai sinif müəllimi  Fəxrəndə  Rəhimova onu ümidli notlarla  bitirməyi düşünüb.

Tədbirdə  çıxış edən Ombudsman Aparatı  Mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, məktəbin direktoru  Nəsimi Abbasov, "Savalan" qəzetinin baş redaktoru Eldar Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodmərkəzinin Xətai-Suraxanı metodik bölməsinin müdiri Firduz Əhmədov  Xocalı hadisələri haqqında danışıb, məktəblilərin  çıxışlarını yüksək qiymətləndirdilər, bu işdə əməyi olanlara minnətdarlıqlarını bildirdilər.

Sonda  hamı  Xocalı faciəsinin canlı şahidi  Əsli Məmmədovanın o gecənin dəhşətləri haqqında hekayətini dinlədi.                                      

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov