Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Şagirdlər "Ağbəniz və 7 cırtdan" nağılını məharətlə oynadılar

 

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Respublika İncəsənət  Gimnaziyası  həmişə olduğu kimi  bu gün də öz səhnəsini  kiçik səhnə fədailərinin ixtiyarına verib. Tanınmış rejissor Əliheydər  Şahbazov dünya səviyyəli yazarlar Yakov və  Vilhelm Qrimm qardaşlarının  ecazkar nağıl dünyasından  bir nümunəni - "Ağbəniz və 7 cırtdan" nağılını seyrçilər üçün sərgiləyib. Tamaşada  nəzər-diqqəti cəlb edən  kiçik aktyorların məharətli ifası  seyrçiləri valeh etdi. Nağıl aparıcı VI "c" sinif şagirdi Aysel Dadaşovanın mülayim, həzin və səlis səsi ilə auditoriyanın ixtiyarına verildi. Aparıcının təqdimatından sonra  səhnəyə ögey ana obrazını yaradan  VIII "a" sinif şagirdi Sahibə Məhərrəmli  daxil oldu. Gənc aktrisa obrazın daxili aləmini  açaraq sözün əsl mənasında  kiçik seyrçilərdə özünə qarşı  böyük nifrət hissi oyadaraq aktyorluq  məharətini nümayiş etdirdi. Öz saf, sayğısız, şən ifası ilə Ağbəniz obrazını yaradan  IV "a" sinif şagirdi  Ayla Qafqazlı  tamaşaçı auditoriyasının rəğbətini qazandı. VI "a" sinif şagirdi  Qulamrza Rənqamiz teatr sevən uşaq aləminə  istedadlı nökər obrazını təqdim etdi. 7 cırtdan obrazını  yaradan  gimnaziyanın şagirdləri rəngarəng, musiqili-əyləncəli  proqramla tamaşaçıların rəğbətini qazandılar.

Yeni nəslin nümayəndələri adı ilə  təqdim  edilən I "b" sinif şagirdləri Leyli Musayeva və  Rəvan Hüseynov auditoriyanı riqqətə gətirdilər. Meşənin şah heyvanı ayı obrazını yaradan  IV "ç" sinif şagirdi Samir Ramazanov kiçik sənətsevərləri  nağıllar aləminə səyahətə apardı. Nağıl gimnaziyanın xoreoqrafiya şöbəsinin şagirdlərinin rəngarəng rəqs nömrələri ilə müşayiət edildi. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov