Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

XI Beynəlxalq Türk Dili Olimpiadası İzmirdə keçiriləcək

 

Artıq bir ənənəyə çevrilmiş Beynəlxalq Türk Dili Olimpiadası bu il Türkiyənin İzmir şəhərində baş tutacaq. "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərənin verdiyi məlumata görə, Azərbaycan məktəblilərinin XI Beynəlxalq Türk Dili Olimpiadasında iştirak etməsi üçün mart ayının 14-də ölkə üzrə seçim turu keçiriləcəkdir. Seçim turunda qalib gələn şagirdlər XI Beynəlxalq Türk Dili Olimpiadasında ölkəmizi təmsil edəcəklər.

Onu da qeyd edək ki, olimpiadanın keçirildiyi 10 il ərzində  respublikamızın məktəbliləri çoxlu sayda qızıl, gümüş və bürünc medallar qazanıblar. 30 may-14 iyun 2012-ci il tarixlərində Türkiyədə keçirilən 135 ölkədən 1500 məktəblinin qatıldığı X Beynəlxalq Türk Dili Olimpiadasında da Azərbaycan məktəbliləri növbəti uğura imza ataraq vətənə 13 qızıl, 10 gümüş və 3 bürünc olmaqla bütövlükdə 26 medalla dönüblər. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov