Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

Məktəb-liseydə informatika gecəsi

 

Fevralın 12-də Bakıdakı A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə "İnformatika - dünən, bu gün, sabah" mövzusunda tədbir keçirildi. Məktəbin informatika müəllimi Lumu Həsənovanın təşkil etdiyi tədbirin əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf mərhələlərini göstərmək, bu haqda şagirdlərə geniş məlumat vermək idi.

Tədbir Azərbaycanın Dövlət himninin ifası ilə başladı. Sonra görkəmli alim Lütfi Zadə, eləcə də kompüter avtomatikası, ENİAC (Elektronik Numerical İnteqrator - Elektron Rəqəmli İnteqrator və Hesablayıcı), WIFI-lı lampalar haqqında maraqlı məlumatlar slaydlar vasitəsi ilə iştirakçıların diqqətinə çatdırıldı. Kompüterə aid atalar sözləri və aforizmlər səsləndirildi.

Tədbir boyu şagirdlər səhnəciklərlə keçmişə və gələcəyə səyahət edərək obrazlı şəkildə keçmişlə gələcək arasında körpü yaratdılar. Şagirdlər İKT-nin keçdiyi inkişaf mərhələlərini göstərməklə yanaşı, gələcəkdə hansı inkişaf səviyyəsinə yüksələcəyini də çox maraqlı formada nümayiş etdirib tamaşaçıların alqışını qazandılar. Tədbirdə habelə şagirdlərin ifasında dilbər guşəmiz olan Qarabağ, vətənimiz Azərbaycan və Bakı haqqında mahnılar səsləndi. Gecənin sonunda məktəbin direktoru Sabir Məmişov 2013-cü ilin ölkəmizdə "İKT ili" elan olunduğunu, bu baxımdan tədbirin mühüm əhəmiyyət kəsb etdiyini söylədi, tədbirin təşkilatçısı Lumu müəllimə və şagirdlərə təşəkkürünü bildirdi.

Sonda onu da bildirək ki, informatika müəllimi Lumu Həsənova iki ildir ki, məktəb-liseyimizdə işləyir. Gənc olsa da bu müddət ərzində məktəbdə özünü yaxşı müəllim kimi göstərə bilib. O, tez-tez informatikadan "açıq dərs"lər keçir, maraqlı tədbirlər təşkil edir. Zəngin təxəyyülə malik Lumu Həsənova yaradıcı, qabiliyyətli və yeniliyə meyilli müəllimdir. Arzu  edirəm ki, məktəblərimizdə belə müəllimlərimizin sayı çox olsun. 

Sevinc QOCAYEVA,
Bakıdakı 20 nömrəli məktəb-liseyin dil-ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov