Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

"Tarix unudulmur"

 

Fevralın 28-də Bakıdakı  35 nömrəli tam orta məktəbdə müasir təlim metodlarından istifadə etməklə Azərbaycan tarixi fənnindən  "Tarix unudulmur" mövzusunda  "açıq dərs" keçirildi.  

Tarix müəllimi Səkinə Aslanovanın VIII siniflər arasında təşkil etdiyi "açıq dərs" fevral ayına təsadüf etdiyindən əvvəlcə Xocalıda şəhid olan həmvətənlərimizin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni tədbir işitirakçıları tərəfindən ifa olundu.  Qonaqları salamlayan məktəbin direktoru Rəna Naibova bildirdi ki, Azərbaycan tarixinin müasir inkişaf mərhələsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev təkcə Azərbaycan tarixində yox, dünya tarixində də özünəməxsus yeri və rolu olan lider kimi yaşayacaq. Müasir tariximizin ən böyük azərbaycanlısı Heydər Əliyev təhsil, mədəniyyət və incəsənətə diqqəti ilə bütün bu sahələrin inkişafına təkan verib. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezidentimiz İlham Əliyev də uşaqların savadlı, vətənpərvər vətəndaş kimi böyüməsi üçün təhsilə böyük diqqət ayırır.  Bunun nəticəsi olaraq 35 nömrəli tam orta məktəb Prezidentin müvafiq sərəncamı ilə yüksək səviyyədə əsaslı təmir olunub.

Müəllim Səkinə  Aslanova  Azərbaycan tarixinin çox qədim və keşməkeşli olduğunu diqqətə çatdırdı.  O,  şagirdləri üç qrupa - VIII "a", VIII "b", VIII "ç" qruplarına  böldü. Qrupların rəhbərləri seçildi. Müəllim qruplara ilk olaraq xəritə ilə işləmək tapşırığını verdi. Suallar Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və İran İslam  Respublikasının xəritədə yeri və hər üç dövlət haqqında məlumata aid  idi. Hər üç qrupun şagirdləri onlara ünvanlanan sualları məharətlə cavablandırdılar.  İkinci tapşırıq  Azərbaycan tarixinə aid testlər, üçüncü tapşırıq isə səhnəciklər idi.  Qruplar test tapşırıqlarını yerinə yetirdikdən sonra  üçüncü tapşırığa əsasən İmadəddin Nəsiminin soyulma səhnəsindən, Qarabağ  və Xocalı hadisələrindən səhnəciklər nümayiş etdirdilər. Münsiflər heyəti və şagirdlərin özləri tərəfindən obyektiv qiymətləndirmə aparıldı. 

Tədbirdə iştirak edən Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov, Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Nəbi Mahmudov,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və digər qonaqlar dərsin yüksək səviyyədə təşkilinə görə müəllimə  təşəkkürlərini bildirdilər.

Tədbirin sonunda tariximizi əks etdirən film nümayiş olundu.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov