Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

"Cəsurlar" hərbi-idman və turizm oyununun rayon birinciliyi

 

Siyəzən şəhər stadionunda  VII-VIII sinif şagirdləri arasında "Cəsurlar" hərbi-idman və turizm oyununun rayon birinciliyi keçirilib. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində müstəsna rolu olan  bu yarışmada rayon ümumtəhsil məktəblərinin 14 komandası iştirak edib. Komandalar sıra hazırlığı, maneələri dəf etmə, əleyhqaz geymə və digər mərhələlər üzrə  qüvvələrini sınayıblar. Son nəticəyə görə, şəhər 6 nömrəli  tam orta məktəbin komandası  birinci yeri tutaraq, martın 4-də  Xaçmaz şəhərində keçirilən  zona birinciliyində  rayonu təmsil edib. Şəhər  5 nömrəli tam  orta məktəbin komandası öz göstəricilərinə görə  ikinci, 1 və  3 nömrəli  tam orta məktəblərin komandaları isə  üçüncü  yerə layiq görülüblər.

Qalib komandalar bu yarışmanın təşkilatçısı olan  Gənclər və İdman  İdarəsinin təsis etdiyi diplomlarla təltif olunublar. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov