Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə
 ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsinin keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri olmuşdur. Ali təhsil müəssisələrinin tələbələrinin musiqi sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə 

ƏMR EDİRƏM: 

1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının  müsabiqəsi keçirilsin.

2. Müsabiqənin  əsasnaməsi,  təşkilat  komitəsinin  və münsiflər  heyətinin  tərkibləri  təsdiq  olunsun  (əlavə 1, 2).

3. Müsabiqə qaliblərinin seçilməsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən həyata keçirilsin.

4. Ali təhsil müəssisələrinin rəhbərləri müsabiqənin əsasnaməyə uyğun olaraq təşkili və keçirilməsini təmin etsinlər.

5. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin təşkili və yüksək səviyyədə keçirilməsi ilə bağlı lazımi təşkilati işləri həyata keçirsin.

6. Müsabiqənin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2013-cü ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçirilsin.

7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2013-cü ilə təsdiq olunmuş xərclər smetasında müvafiq vəsaitin ayrılmasını təmin etsin.

8. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ali təhsil müəssisələrindən seçim turlarında və qaliblərin yekun konsertində iştirak edəcək tələbələrin ezamiyyə xərcləri onların təhsil aldıqları ali təhsil müəssisələri hesabına ödənilsin.

9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əsasnamə ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

10. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

11. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 mart 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov