Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Əlimərdan bəy Topçubaşovun 150 illik  yubileyinin  keçirilməsi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 25 fevral  2013-cü il tarixli, 2739 nömrəli  Sərəncamının  icrasını təmin etmək məqsədi ilə 

ƏMR EDİRƏM: 

1. Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərin qurulmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun 150 illik  yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).  

2. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi,  şəhər (rayon) təhsil idarələri (şöbələri), təhsil müəssisələri Tədbirlər Planının icrasını təmin etsin və görülmüş işlər haqqında məlumatı 30 sentyabr  2013-cü il tarixinə qədər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etsin.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin və Tədbirlər Planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Təhsil Nazirliyinin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Ümumi şöbə (X.Fərəcov) əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə çatdırılmasını  təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 mart 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov