Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

"Tələbələr arasında dövlət rəmzlərinin təbliği" layihəsinə başlanılıb

 

Martın 13-də Trend xəbərlər şirkətinin mətbuat mərkəzində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi ali təhsil ocaqlarında "Tələbələr arasında dövlət rəmzlərinin təbliği" layihəsinə başlanılması ilə bağlı mətbuat konfransı keçirmişdir.

AzərTAc xəbər verir ki, ölkəmizin ali məktəb tələbələrinin iştirak etdikləri tədbirdə birliyin sədri Çingiz Bayramov İdman və Gənclər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, layihənin məqsədi Azərbaycanın gələcəyi olan gənclərin dövlət atributlarına - bayraq, gerb və himnə sevgisini artırmaq, onlara vətənpərvərlik hissləri aşılamaqdır. Ç.Bayramov qeyd etmişdir ki, Azərbaycanın bütün dövlət və özəl universitetlərində cari tədris ilinin sonunadək həyata keçiriləcək layihə çərçivəsində hər ali məktəbdə 2 gün ərzində dövlət atributları ilə bağlı konfranslar keçiriləcəkdir. Gənclərimiz sosial şəbəkələrdə dövlət atributları ilə bağlı məlumatlar yerləşdirməli, müzakirələr aparmalıdırlar. O, həmçinin gənclərə dövlət atributlarını hər zaman uca tutmağı tövsiyə etmişdir. 

Digər çıxış edənlər dövlət atributlarının yaranma tarixindən danışmış, gəncləri layihədə fəal olmağa çağırmışlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov