Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Alimin həyat və fəaliyyətinə həsr olunmuş xatirə gecəsi

 

Martın 12-də Bakıdakı 19 nömrəli tam orta məktəbdə tanınmış riyaziyyatçı alim, mərhum Qoşqar Teymur oğlu Əhmədovun  həyat və fəaliyyətinə həsr olunmuş   xatirə gecəsi keçirildi. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin  nümayəndələri, qonşu məktəblərin direktorları  və KİV əməkdaşları iştirak edirdilər. 

Məktəbin direktoru Məmməd Qənbərov çıxış edərək  bildirdi ki, Qoşqar Əhmədov Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuşdur. O, 1923-30-cu illərdə kənddəki natamam orta məktəbdə təhsil almışdır. Onun riyaziyyat müəllimlərindən biri  olan professor Məhəmmədyusif Axundzadə o vaxt balaca   Qoşqar haqqında demişdir: "Mən Qoşqarın gələcəkdə görkəmli riyaziyyatçı olacağına inanırdım. Çünki Qoşqar hər gün evə verilən məsələ və  misalların həlli ilə  kifayətlənmir, kitabda olan başqa misalları da  böyük həvəslə  həll edirdi.   Axşamlar isə bizə gəlib məni sorğu-suala tutur, yorulmaq bilmədən riyaziyyatın sirlərini öyrənirdi. Qoşqar çox zəhmətsevər və  istedadlı bir uşaq idi".

Məktəbin riyaziyyat müəllimlərindən Səbinə Cəfərova və   Səmidə Hacıyeva  alimin həyat və fəaliyyətindən  söz açdılar.  Bildirdilər  ki, Qoşqar müəllim böyük alimliyi  ilə  yanaşı, insanpərvərliyi, humanistliyi ilə də  başqalarından seçilirdi. O, ADU-nun (indiki BDU) mexanika-riyaziyyat fakültəsində  oxuyan istedadlı tələbələri axtarıb tapar, onların qayğısına qalar, təhsili ilə  maraqlanar və  elmi işə cəlb edərdi. Adı, əməli ilə heç vaxt  unudulmayan, həyatı ilə örnək olan bu qüdrətli alim və xeyirxah insanın həyat amalı çox maraqlı olmuşdur. 

Qeyd edildi ki, bu gün  Qoşqar müəllimin həyatı onun övladlarının, çoxsaylı tələbələrinin timsalında davam edir. Həm də onu tanıyanların  qəlbində  alim xeyirxah, qədirbilən insan və sözün əsl mənasında böyük müəllim, pedaqoq kimi  həmişə yaşayacaqdır.

Xatirə gecəsində  şagirdlərin də alim haqqında çıxışları  dinlənildi.

Tədbir diskussiya şəklində başa çatdı. 

Şakir CƏFƏROV  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov