Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Qəbələdə məktəbdaxili qiymətləndirmə ilə bağlı seminar keçirilib

 

Qəbələ Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, 5-7 mart tarixlərində rayonda "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair Təlimat"ın tətbiq olunması ilə bağlı seminar keçirilmişdir. Təhsil şöbəsinin işçiləri və ümumi təhsil məktəbləri direktorlarının iştirakı ilə keçirilən seminarda Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Vidadi Bağırov məktəbdaxili qiymətləndirməyə dair Təlimatla bağlı ətraflı məlumat vermiş, bu məsələyə dair sualları cavablandırmışdır.

Seminarda iştirak edən məktəb direktorlarının hər biri rəhbərlik etdiyi təhsil müəssisəsində pedaqoji kollektivin üzvləri ilə həmin sənədin müzakirəsini keçirmişdir. Müzakirələrdə  məktəbdaxili qiymətləndirmənin düzgün aparılması yolları ilə bağlı müəllimlərə konkret tapşırıqlar verilmişdir.

Qeyd etmək lazımdır ki, hazırda - kurikulumların tətbiq olunduğu indiki dövrdə müntəzəm olaraq belə seminarların keçirilməsinin müəllimlərə, ümumilikdə bütün təhsil işçilərinə böyük faydası vardır.

Hicran  ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov