Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Naxçıvan Dövlət Universitetində Novruz şənliyi

 

Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq fakültəsində  yazın gəlişini simvolizə  edən qədim xalq bayramı - Novruz  qeyd edildi.

Bayram  tədbirində  universitetin  Cənubi  Koreyadan,  Gürcüstandan olan tələbələri də iştirak edirdi.

Mərasimdə iştirak edən ali məktəbin rektoru, akademik İsa Həbibbəyli  Novruz bayramının tarixi və ənənələrindən danışdı. Qeyd olundu ki, Novruz bayramının tarixi kökləri çox qədimə dayanır və ölkəmizin  bütün  bölgələrində  böyük  təntənə  ilə  qeyd  olunur.  Müasir dövr üçün  milli  bayram olan Novruz  2009-cu il sentyabrın 30-da  YUNESKO  tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq  Novruz  Günü" elan edilmişdir.  Novruz türk xalqlarının bayramıdır. Qafqazda, Mərkəzi Asiyada, Türkmənistanda, Tacikistanda, Pakistanda, Albaniyada xüsusi şənliklərlə   qeyd olunur. Rektor,  bu əziz bayram münasibətilə universitetin bütün müəllim və tələbə kollektivini təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Tədbirdə  "Kosa-kosa" oyunu göstərildi, yumurta döyüşdürüldü, mahnılar və şeirlər səsləndirildi, həmçinin xarici  tələbələrə hədiyyələr təqdim olundu. 

Mina QASIMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov