Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Zona yarışlarının qalibləri finala vəsiqə qazandılar

 

Astara şəhərində  4 nömrəli tam orta məktəbin  idman meydançasında "Cəsurlar" hərbi- idman və turizm oyunlarının zona  birinciliyi keçirilib. Gənclər  və İdman, Təhsil, Müdafiə,  Fövqəladə Hallar, Mədəniyyət və  Turizm  nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Respublika Veteranlar  Şurasının birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri arasında  oyunların keçirilməsində əsas məqsəd  yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək, onları ordu sıralarına  xidmətə hazırlamaq  və turizm hərəkatını inkişaf etdirməkdir. Zona birinciliyində  Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala  rayonlarından ümumilikdə  56 nəfər şagird  "Sıra hazırlığı" və "Estafet" yarışlarında  mübarizə aparıb.

Nəticədə cəlilabadlı məktəblilər birinci, neftçalalılar ikinci və Lerik rayonunun komandası üçüncü yerləri bölüşüb. Qaliblər  fəxri fərmanlarla, kubok və medallarla təltif olunublar.

Qeyd edək ki, zona birinciliyində birinci və ikinci yerləri  tutan komandalar aprel ayında  Bakıda C. Naxçıvanski adına  hərbi liseydə  keçiriləcək final yarışlarında  iştirak edəcəklər.

Sifai SƏFƏROVA 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov