Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

M.F.Axundzadənin 200 illik yubileyi qeyd edilib

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də  Bakının Xocasən qəsəbəsindəki 103 nömrəli tam orta məktəbdə keçirildi. Tədbirə başlamazdan əvvəl qonaqlar M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş fotostendlərə baxıb,  dramaturqun əsərləri ilə  yaxından   tanış oldular.

Məktəbin direktoru Yusif Alməmmədov qonaqları salamlayaraq  tədbirin tərbiyəvi əhəmiyyətindən danışdı.

Çıxış üçün ilk   söz alan   tədbirin təşkilatçısı, Azərbaycan dili və ədəbiyyat müəllimi  Sevinc Əhmədova bildirdi ki, M.F.Axundzadə Azərbaycan ədəbiyyatında yeni bir eranın başlanğıcını qoymuşdur. O, ictimai maarifçilik hərəkatının ideoloqu,  əlifba  islahatçısı, Azərbaycan dramaturgiyasının və  yeni tipli bədii nəsrin banisidir.

Çıxış edənlər qeyd etdilər ki, M.F.Axundzadə bədii yaradıcılığa lirik şeirlə başlasa da, ədəbiyyat tariximizdə   daha çox dramaturq kimi məşhurlaşmışdır.

Sonra IX "a" sinif şagirdləri  dramaturqun "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" komediyasının tamaşasını  nümayiş etdirdilər. Tamaşada şagirdlərdən Əsmər Kərimzadə, Hüseyn Dadaşov, Ceyran Şahkərəmova, Mehmet Salamlı, Fuad Əlizadə və başqaları komediyadakı rolları  böyük  ustalıqla oynadılar.

Məktəbin   V "b" sinif şagirdi Rəşad Əlizadənin müşayiəti ilə   sinif yoldaşı  Sənan Əlizadə "Mehriban olaq" və "Qarabağ  şikəstəsi"  mahnılarını məharətlə oxudu.

Sonda Yusif Alməmmədov tədbirin hazırlanmasında zəhməti olanlara öz minnətdarlığını bildirdi və  Binəqədi rayonu üzrə 32 məktəb arasında riyaziyyatdan keçirilən olimpiadada  I yeri tutan VIII "a" sinif şagirdlərindən Nuridə  Səfərovaya və Arifşah Quliyevə  fəxri fərman təqdim etdi.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov