Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Kənd məktəbində əməkdar müəllimə həsr edilmiş kitabın təqdimatı

 

Lənkəran rayonunun  Osakücə kənd tam orta məktəbində Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-jurnalist Hacı Etibar Əhədovun  respublikanın əməkdar müəllimi Hacı Hacırza Kişiyevə həsr etdiyi  "Şərəfli ömür yolu" kitabının təqdimatı keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin Osakücə kənd tam orta məktəbi ilə birgə təşkil etdiyi tədbiri məktəbin direktoru Arzu Mirzəyeva açaraq bildirdi ki, kitabda haqqında danışılan Azərbaycan Respublikasının əməkdar müəllimi Hacı Hacırza Kişiyev 50 ilə yaxın dövrdə kənddəki tam orta məktəbin direktoru işləmişdir. Həyatını bütünlüklə elmə, təhsilə həsr etmiş Hacırza Kişiyev müəllim adının şərəfini həmişə uca tutmuşdur. Yazıçılar Birliyi Lənkəran bölməsinin məsul katibi İltifat Saleh kitab haqqında təəssüratını bölüşdü, bildirdi ki, o, Boladi kənd orta məktəbində Hacırza müəllimlə bir sinifdə oxumuşdur. Hacırza müəllimin Lənkəranda təhsilin inkişafındakı xidmətlərindən bəhs edən natiq kitabın müəllifi Hacı Etibar Əhədovun "Şərəfli ömür yolu" kitabını yüksək dəyərləndirərək onu təbrik etdi.

 Lənkəran Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı Hacı Etibar Əhədovun ədəbi və jurnalistlik fəaliyyəti ilə məktəb illərindən tanış olduğunu bildirdi və Hacırza müəllimin pedaqoji və ictimai fəaliyyətini yüksək qiymətləndirdi. Lənkəran Ağsaqqallar Şurası sədrinin müavini, Lənkəran Dövlət Universiteti valideynlər şurasının sədri Sərhad Məmmədov  yazıçı-jurnalist Hacı Etibar Əhədovun yeni kitabına toplanmış "Hacı Hacırza Hacı - dostların tacı" sənədli povestin və publisistik yazılarının dəyərli əhvalatlar, dəqiq faktlar əsasında obrazlı şəkildə qələmə aldığını qeyd etdi.

Lənkəran Rayon Təhsil Şöbəsi müdirinin müavini Güloğlan Bağırov müəllimlər müəllimi Hacı Hacırza Kişiyev haqqında yazılmış kitaba görə minnətdarlığını bildirdi.   Qeyd etdi ki, Hacırza müəllim doğulub boya-başa çatdığı doğma kəndin yetirdiyi ilk ali təhsilli pedaqoqdur.

Məktəbin riyaziyyat müəllimi Qəhrəman Fərzullayev, dil-ədəbiyyat müəllimi Xeyrulla Rzayev, Xolmili kənd tam orta məktəbinin direktoru Qasım Əliyev kitab haqqında təəssüratlarını bölüşdülər, Hacı Hacırza Kişiyevi anadan olmasının 78 illiyi münasibətilə təbrik etdilər.

"Şərəfli ömür yolu" kitabının müəllifi, yazıçı-jurnalist Hacı Etibar Əhədov tədbirə görə minnətdarlıq etdi, kitabın vaxtı ilə ona riyaziyyatdan dərs demiş müəllimi Hacı Hacırza Kişiyevə  ad günü münasibətilə bir töhfə olduğunu bildirdi.

Təqdimat mərasimində söz alan Hacırza Kişiyev keçdiyi şərəfli həyat yolundan, pedaqoji fəaliyyətindən danışdı, tədbirin təşkilatçılarına və iştirakçılara, həmçinin kitabın müəllifinə minnətdarlığını bildirdi. 

Ağamir CAVAD,
Azərbaycan Yazıçılar Birliyi
Lənkəran bölməsinin məsləhətçisi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov