Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

"Qəhrəmanlar unudulmur"

 

 Bu günlərdə Biləcəri qəsəbəsindəki şəhid Rizvan Pirnəzərov  adına 299 nömrəli məktəb-liseydə onun doğum gününə həsr olunmuş tədbir keçirildi. Məktəbin dəhlizində şəhidin müxtəlif illərdə çəkdirdiyi şəkillərdən ibarət gül dəstələri ilə bəzədilmiş  guşə var idi.  Qonaqlar şəhidin büstünü ziyarət edib önünə  gül dəstələri qoydular. Akt zalında "Qəhrəmanlar unudulmur" adı altında keçirilən ədəbi-bədii gecədə ilk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni ifa olundu. Üçrəngli Dövlət bayrağımız səhnəyə gətirildi.  Sonra tədbiri təhsil ocağının rəhbəri Solmaz Kazımova açaraq Rizvan Pirnəzərovun ömür yoluna nəzər saldı. "Eldə doğulub el üçün böyüyənlər, ana qucağını cənnət, ata yurdunu qibləgah, axar sularını can dərmanı bilən qeyrətli Vətən oğullarımızın içərisində Rizvanın da öz yeri var.  Onu tanıyanlar yaxşı bilirdi ki, Rizvan vətənin dar gündə qalmasına dözmədi. O, həmişə qaynar bölgələrdə keçirilən əməliyyatlarda iştirak edərək düşmənə ağır zərbələr vururdu. Həmin döyüşlərin birində düşmən gülləsinə tuş gələrək qəhrəmancasına həlak oldu Rizvan. Pedaqoji kollektivimiz çalışır ki, böyüməkdə olan gənc nəslimiz Rizvan kimi vətənpərvər, xalqa, torpağa sadiq olsunlar.

Gecənin aparıcıları  qəhrəmanın  həyatı haqqında məlumat verərək  bildirdilər ki, Rizvan 1963-cü il fevralın 25-də  Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuşdur. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra Donetsk Ali Hərbi Siyasi Məktəbinə qəbul olmuşdur. 1984-cü ildə təhsilini başa vurduqdan sonra Əfqanıstan Respublikasına göndərilmiş, 80-dən çox döyüş əməliyyatlarında iştirak etmişdir. Göstərdiyi cəsarət və igidliyə görə orden  və medallarla  təltif olunmuşdur. Rizvan Pirnəzərov 1995-ci ildə Qarabağ döyüşlərində qəhrəmanlıq göstərərək həlak olmuşdur.  Tədbirdə iştirak edənlər şəhidlə bağlı  xatirələrindən danışdılar.  Anım gecəsində məktəbin şagirdləri şəhid Rizvana həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular. Onlar  ədəbi-bədii kompozisiyalarla çıxış etdilər.

Şəhid Rizvan Pirnəzərovun döyüş yolundan bəhs edən film nümayiş olundu.

Tədbirin sonunda Şəmistan Əlizamanlının təqdimatında milli vətənpərvərlik ruhunda  mahnılar ifa olundu.

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov