Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Qafqaz Universitetinə kompüter laboratoriyası hədiyyə edilib

 

Novruz bayramı ərəfəsində AZER-NET şirkəti Qafqaz Universitetinə kompüter laboratoriyası hədiyyə edib.  Martın 15-də universitetdə   laboratoriyanın açılışı olub.

Açılış  mərasimində  çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç müasir dövrdə  İKT-nin cəmiyyətin həyatındakı rolundan,  təhsildə tətbiqinin faydasından danışıb, rəhbərlik etdiyi  təhsil müəssisəsinin iş dünyası ilə qarşılıqlı faydalı əlaqələrindan söz açıb. Rektor bayram ərəfəsində açılan  yeni kompüter laboratoriyasının  universitetin müəllim və tələbələrinə qiymətli Novruz töhfəsi olduğunu vurğulayıb və dəyərli hədiyyəyə görə AZER-NET  şirkətinin rəhbərliyinə minnətdarlığını  bildirib. Mərasimdə  şirkətin rəhbərliyinə  Qafqaz Universitetinin xatirə plaketi təqdim olunub.

Sonra  universitetin əsas korpusunun geniş foyesində  Novruz bayramına həsr olunmuş şənlik keçirilib. Bu ali təhsil ocağının mədəniyyət  şöbəsinin təşkilatçılığı ilə baş tutan bayram tədbirində rektor Ahmet Saniç çıxış edib.  Şənlik iştirakçılarını  Novruz bayramı münasibəti ilə  təbrik edən  rektor  Novruzun  xalqımızın dərin köklərə malik  milli bayramı olduğunu, təkamülü, təbiətin oyanışını təcəssüm etdirdiyini söyləyib, həmişəyaşar Novruz adət və mərasimlərindən  söz açıb. Sonra Qafqaz Universitetinin tələbələrinin hazırladıqları  bayram konserti təqdim olunub. Tələbələrdən ibarət xor kollektivinin ifa etdiyi "Bayram olsun" mahnısı,  rəqs kollektivinin ifa etdiyi rəqslər, eləcə də  Novruz personajları  Kosa və Keçəlin  səhnəcikləri  mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov