Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Məktəbdaxili qiymətləndirmə ilə bağlı işlər diqqət mərkəzindədir

 

Bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin məsləhətçisi Gülüstan Cəfərova və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş metodisti Sevda Tağıyeva Qax rayonunda olaraq ümumtəhsil məktəblərinin rəhbərləri üçün maarifləndirici müşavirələr təşkil etmişlər. Birinci gün keçirilən müşavirədə ümumtəhsil məktəblərinin rəhbərləri ilə müvafiq təlimatla bağlı lazımi izahat işləri aparılmışdır. Növbəti gün ümumtəhsil məktəblərinin rəhbərləri müvafiq təlimatla bağlı rəhbərlik etdikləri təhsil müəssisələrində müşavirələr keçirmiş və təlimatı müzakirə etmişlər. Müşavirənin üçüncü günü isə G.Cəfərova və S.Tağıyeva yenidən təlimatla bağlı izahat işləri aparmış, məktəb rəhbərlərini maraqlandıran suallara aydınlıq gətirmişlər.

Həmin tədbirlərdən ötən dövr ərzində Qax Rayon Təhsil Şöbəsi tərəfindən bu sahədə bir sıra işlər görülmüşdür. Belə ki, RTŞ-ın əməkdaşları planlı şəkildə rayonun bir çox ümumtəhsil məktəblərində olmuş, I-V siniflərdə müxtəlif dərsləri dinləmiş, məktəbdaxili qiymətləndirmənin aparılması ilə bağlı vəziyyəti araşdırmış və yerlərdə seminarlar təşkil etmişlər. Həmçinin müxtəlif fənlər üzrə təşkil edilmiş seminarlarda, dayaq məntəqələri üzrə metodbirləşmə iclaslarında mövcud təlimatla bağlı çoxlu sayda məruzələr dinlənilmiş və müzakirəsi təşkil edilmişdir. Qax RTŞ-ın təşkil etdiyi monitorinqlər bir daha göstərdi ki, görülmüş tədbirlər sayəsində məktəbdaxili qiymətləndirmənin aparılmasında xeyli irəliləyişlər əldə olunmuşdur. Bundan sonra da bu sahəni diqqət mərkəzində saxlayacaq və müəllimlərimizin mövcud təlimatın tələblərinə tam riayət etmələri üçün səylə çalışacağıq. 

B.HEYDƏROV,
Qax Rayon Təhsil Şöbəsinin müdir müavini

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov