Bülbül adına Orta İxtisas Musiqi Məktəbində məktəbin
müəllimi Rəsmiyyə Allahverdiyevanın təşkilatçılığı ilə
möhtəşəm Novruz şənliyi keçirilib. Tədbirdə Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin, Təhsil Problemləri İnstitutunun
nümayəndələri və valideynlər iştirak ediblər. Novruz
şənliyində bir çox bayram adət-ənənələri nümayiş
etdirilib, milli adət-ənənələrimizə aid oyunlar və
musiqili ədəbi-bədii kompozisiya göstərilib. Burada
Novruzun əsas atributlarından olan Kosa və Keçəlin
məzhəkəli oyunları, Bahar qızın təbrikləri iştirakçılara
xoş əhvali-ruhiyyə bəxş edib.
Şagirdlərdən Əli Cəfərzadə, Rəşid Bəylərli, Namiq
Məcidli və Müjgan Zülfüzadənin çıxışları maraqla
qarşılanıb.
Sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodmərkəzin
direktor müavini Sitarə Məmmədova, Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin direktor müavinləri Aytən
Əhmədova, Nigar Baxşıyeva və valideynlər çıxış edərək
bildiriblər ki, Novruz bayramı əsrlər boyu yaşamış,
xalqımızın əziz bir bayramına çevrilib. Sonda qonaqlar
məktəbin şagird və müəllim kollektivi ilə xatirə şəkli
çəkdirib. Tədbir musiqi sədaları altında sona çatıb.
Şakir CƏFƏROV |