Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

"Baharın rəngləri" adlı sərginin açılışı olub

 

 Martın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sərgi salonunda rəssamlıq fakültəsinin  müəllim və tələbələrinin əsərlərindən ibarət  sərginin açılışı olub.

"Baharın rəngləri" adlı sərgidə 100-ə yaxın  sənət nümunəsi nümayiş etdirilib. Mərasimi giriş sözü ilə açan universitetin rektoru, professor Timuçin Əfəndiyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  respublikamızda mədəniyyət və incəsənət sahəsində  yüksək ixtisaslı kadrlar hazırlığında və milli mədəniyyətin inkişafında mühüm xidmətlərini nəzərə alaraq ADMİU-nun  90 illik yubileyinin keçirilməsi ilə  əlaqədar imzaladığı sərəncama görə universitetin professor-müəllim heyəti  adından dərin təşəkkür və minnətdarlığını bildirib. Professor Timuçin Əfəndiyev bu günlərdə Almaniyada, özünün də iştirak etdiyi tələbə rəssamların Xocalı faciəsinə həsr olunan sərgidən, habelə Bolqarıstanda rəssamlıq fakültəsinin dekanı Sevda Sadıqbəyova və kafedra müdiri Aytən Rzaquluyevanın yaradıcılıq sərgisindən də söz açıb. Rektor, eyni zamanda, universitetin təkcə rəssamlıq fakültəsinin deyil, digər fakültələrlə yanaşı, musiqi sənəti fakültəsinin də nailiyyətlərini, bu il "Avroviziya" müsabiqəsinə seçim turunda universitetin tələbəsi Fərid Məmmədovun birincilik qazanmasını qürur hissi ilə vurğulayıb. Qeyd edib ki, bu uğur  universitetin digər tələbəsi Safura Əlizadənin 2011-ci ildə "Avroviziya" müsabiqəsində müvəffəqiyyətli çıxışının davamıdır.

Sonra rəssamlıq fakültəsinin müəllim kollektivi adından professor Arif Əziz, xalq rəssamı, professor  Ağəli İbrahimov, fakültənin dekanı, dosent Sevda Sadıqbəyova çıxış edərək universitetdə aparılan yaradıcılıq prosesindən və ADMİU-nun 90 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdən söz açıblar.

Vurğulanıb ki, bu sərgi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gedən səmərəli yaradıcılıq və müasir metodikaya əsaslanan tədris prosesinin bariz nümunəsidir. Son dövrdə respublikamızda və digər xarici ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilən sərgilər, musiqi sahəsində qeyd olunan uğurlar ADMİU-nun keçdiyi şərəfli yolun uğurlu səhifələridir.  

Maral MANAFOVA,
ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov