Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Türk Universitetlər Birliyinin ilk toplantısı keçirilib

 

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası nəzdində ali təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılmış Türk Universitetlər Birliyinin ilk toplantısı keçirilmişdir.

Şuradan AzərTAc-a bildirmişlər ki, İstanbul Universitetində keçirilmiş toplantıda birliyin təsisçisi olan Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Qazaxıstandakı Əhməd Yasevi Universiteti, L.Qumilyov adına Avrasiya Milli Universiteti, Bişkek Humanitar Akademiyası, Qırğızıstanın Manas və Milli universitetləri, Türkiyənin Egey və İstanbul universitetlərinin rektor və prorektorları iştirak etmişlər.

Toplantının açılışında çıxış edən Türkiyə Prezidenti Administrasiyasının baş katibi Mustafa İsen və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı türk dünyası ölkələrinin əməkdaşlığının vəziyyəti və perspektivlərindən bəhs etmişlər. Onlar vurğulamışlar ki, ortaq tarix, mədəniyyət, dil, din və ənənələr, ilk növbədə gənclərin təhsilində yer almalıdır. Bundan başqa, türk dünyası universitetlərinin müasir texnologiyalar və elm sahələrində təcrübə mübadiləsi də mühüm bir vəzifədir. Bu baxımdan, ali təhsil ocaqları müştərək layihələr, proqramlar həyata keçirməlidirlər. Xüsusi təqaüdlərin verilməsi və türkdilli ölkələrin universitetlərinin diplomlarının qarşılıqlı tanınması da vacib məsələdir.

Türk Universitetlər Birliyinə sədrlik Türkiyənin Atatürk Universitetinə keçmişdir.

Birliyin ikinci toplantısının mayın 29-da Qırğızıstan Milli Universitetində keçirilməsi qərara alınmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov